"Qadın, həyat, azadlıq!" -  İranda dəyişən dəyərlər
16 oktyabr 2025 00:50 (UTC +04:00)

"Qadın, həyat, azadlıq!" - İranda dəyişən dəyərlər

2

İranın paytaxtı Tehranda və digər şəhərlərində ictimai yerlərdə hicabsız qadınların görünməsi getdikcə adi hala çevrilir. Son illərdə sərt şəkildə tətbiq olunan məcburi hicab qaydalarının icrası indi əvvəlki qədər ciddi görünmür.

Lent.az "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda qadınların hicabsız halda sərbəst gəzdiyi və ictimai məkanlarda rahat davrandığı müşahidə olunur. Bir çox istifadəçilər bunu “İran cəmiyyətində səssiz dəyişiklik” kimi dəyərləndirirlər.

Bir sözlə, İranda "Qadın, həyat, azadlıq!" şüarı qələbə çaldı!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
2
# 1755

Oxşar yazılar