Qiyamət tarixi verdi:  gəmilər düzəltdirdi - Yüzlərlə insan ora axışdı
25 dekabr 2025 19:59 (UTC +04:00)

Qiyamət tarixi verdi: gəmilər düzəltdirdi - Yüzlərlə insan ora axışdı

1

Özünü "Ebo Noah" kimi təqdim edən Qanada yaşayan bir kişi, "tufan" haqqında yuxu gördüyünü iddia etdikdən sonra 10 böyük taxta gəmi düzəltdirib. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Noahın 2025-ci il dekabrın 25-də böyük bir qlobal daşqın olacağı barədə proqnozuna inanan yüzlərlə insan gəmilərə minmək üçün əraziyə axın edib. Noah son paylaşımında bildirib: "Tanrı qiyaməti təxirə salıb".

"Mənə yuxuda xəbərdarlıq olundu”

Qanada yaşayan və özünü Ebo Noah kimi təqdim edən bir kişi, gördüyünü iddia etdiyi bir yuxudan sonra əlamətdar bir layihə həyata keçirib. Noah iddia edir ki, yuxusunda Tanrı tərəfindən 2025-ci il dekabrın 25-də -  Milad günündə böyük bir qlobal daşqın olacağı barədə xəbərdarlıq edilib. 

Kıyamet tarihi verdi, gemiler yaptırdı! Yüzlerce kişi akın etti

10 böyük taxat gəmi düzəltdirib

Bu iddiaya uyğun olaraq, Noahın tamamilə taxtadan 10 böyük gəmi inşa etdirib. Noah gəmilərin yaxınlaşan fəlakətdən zərər çəkə biləcək insanları xilas etmək üçün hazırlandığını iddia edib və layihənin şəkilləri və videoları sosial mediada tez bir zamanda yayılıb. 

İnsanlar Qanaya gəlməyə başlayıb

Yayılan paylaşımlarda hər gəminin tikintisində təxminən 250.000 xüsusi seçilmiş taxta parçasından istifadə edildiyi iddia edilir. Gəmilərin tikintisinin ona inanan insanların ianələri ilə maliyyələşdirildiyi bildirilsə də, Noah gəmilərin hər kəs üçün açıq və tamamilə pulsuz olduğunu iddia edib. İddialara görə, müxtəlif ölkələrdən bəzi insanlar da "gəmiyə minmək" məqsədi ilə Qanaya gəlməyə başlayıblar. 

Kıyamet tarihi verdi, gemiler yaptırdı! Yüzlerce kişi akın etti

"Qiyamət təxirə salındı” dedi

Noah 2025-ci il dekabrın 25-də baş verəcəyini iddia etdiyi daşqın üçün Qanaya gələn davamçılarına yeni bir video ilə müraciət edib. Noah paylaşımında deyib:

"Tanrı qiyaməti təxirə saldı ki, daha çox gəmi tikə bilək. Tanrı bizə sahib olduğumuz 10 gəmidən daha çoxunu tikmək və hamını xilas etmək üçün vaxt verdi. Heç kimdən pul istəmirəm. Evdə qalın. Hamınızın Milad bayramınız mübarək!"

Bildirilib ki, Ebo Noah əvvəllər "dünyanın sonu" 2025-ci il dekabrın 25-də baş verməsə, onu izləyiciləri ilə birlikdə bir ziyafətlə qeyd edəcəyini deyib. 

Noahın tərəfdarları onu "müasir dövrün Nuhu" kimi, tənqidçilər isə bu prosesi təhlükəli bir illüziya və ya manipulyasiya kimi görürlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 304

Oxşar yazılar