Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ
18 may 2022 19:44 (UTC +04:00)

Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ

Rusiya ordusunun Ukraynada indiyədək itirdiyi döyüş itkiləri açılqnıb.

Lent.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər zamanı Rusiyanın öldürlüən canlı qüvvəsi 28 300 nəfərdir. 

Bundan başqa, Rusiya ordusunun 1 235 ədəd tankı, 3 009 ədəd zirehli döyüş maşını, 586 ədəd artilleriya sistemi, 199 ədəd reaktiv yaylım atəş sistemi, 91 hava hücumundan müdafiə sistemi, 202 ədəd hərbi təyyarəsi, 167 ədəd helikopteri, 102 qanadlı raket, 2 137 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kater, 441 ədəd dron və 43 ədəd xüsusi texnikası sıradan çıxarılıb.

# 1836
avatar

Rəsul SARI

Oxşar yazılar