Sərxoş fahişə kişinin  qulağını dişləyib uddu
23 avqust 2022 16:21 (UTC +04:00)

Sərxoş fahişə kişinin qulağını dişləyib uddu

Taylandda sərxoş fahişə 55 yaşlı turistin qulağını dişləyib.

Lent.az xarici mediaya istinadla bildirir ki, hadisə Pattaya şəhərində baş verib.

25 yaşlı Kannika Kamton avtobusda sərnişinlərin gözü qarşısında 55 yaşlı kişinin qulağını dişləyərək, qopardığı hissəni udub. Bundan sonra qadın qaçmağa çalışıb, ancaq hadisə şahidləri polisə müraciət edib.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Qadın isə saxlanılıb.

“Polis onu saxladı. Lakin o, müqavimət göstərdi və polislərdən birinə təpik vurdu. Həbs üçün əlavə qüvvələr tələb olunub”, - polis sözçüsü bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6552
avatar

Oxşar yazılar