Sevgilisini ölümcül bıçaqlayan qadın heç nə olmamış kimi yatağına girdi - HOTELDƏ QƏTL
29 aprel 2021 13:00 (UTC +04:00)

Sevgilisini ölümcül bıçaqlayan qadın heç nə olmamış kimi yatağına girdi - HOTELDƏ QƏTL

Rusiyanın Ulan-Ude şəhərində hotellərin birində qətl hadisəsi baş verib.

Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə şəhərin Sovetski rayonunda baş verib.

İstintaq materiallarına görə, uzun müddət görüşdüyü 34 yaşlı sevgilisinin sinə və qarnına 2 bıçaq zərbəsi vuran qadın cinayəti sərxoş vəziyyətdə törədib.

Qadın Voronejskaya küçəsində yerləşən hoteldə yaşayırdı. Ziyarətinə gələn sevgilisi ilə birlikdə yeyib-içdikdən sonra aralarında mübahisə baş verib. Bu zaman qadın bıçağa əl atır və içkinin təsirindən müvazinətini itirən kişiyə ölümcül bıçaq zərbələri endirir. 

Kişi aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Bundan sonra qadın heç nə olmamış kimi, rahatlıqla yatağına girib yatıb. Səhəri gün qonşu otaqdakılara hadisə barədə məlumat verərək hoteldən uzaqlaşıb.

Təsdiqlənmiş ittiham aktı ilə cinayət işi tezliklə mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndəriləcək.

# 2433
avatar

Rəsul SARI

Oxşar yazılar