Cümə günü səhər saatlarında ABŞ-ın Tennessi ştatında hərbi partlayıcı maddələr istehsal edən zavodda baş vermiş partlayış nəticəsində bir neçə nəfərin öldüyü, bəzilərinin isə itkin düşdüyü bildirilib.
Lent.az xəbər verir ki, bu barədə “Reuters” hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
“Paytaxt Neşvilldən təxminən 80 km qərbdə yerləşən “Accurate Energetic Systems” şirkətində partlayış yerli vaxtla saat 07:45-də baş verib. Həlak olanlar var və həmçinin hazırda bir neçə nəfərin taleyi naməlumdur”, – məlumatda deyilir.
Məlumata görə “Accurate Energetic Systems” şirkəti hərbi, aerokosmik və kommersiya dağıtmaları üçün partlayıcılar istehsal edir.