Siyasətçinin mədəsindən qayçı çıxdı
08 fevral 2023 13:13 (UTC +04:00)

Siyasətçinin mədəsindən qayçı çıxdı

Braziliyanın Nova Santa Elena Bələdiyyəsinin şəhər şurasının üzvü, 46 yaşlı Kleyton Zenatta qarın boşluğundan əməliyyat keçirib və bağırsaq şişi çıxarılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, əməliyyat Kolider Rayon Xəstəxanasında aparılıb. Kişi xəstəxanadan çıxandan sonra qarnında şiddətli ağrılar hiss etməyə başlayıb.

Zenatta yenidən tibbi yardım istəyib. Kompüter tomoqrafiyası onun qarnında yad cisim - əməliyyat zamanı həkimin unutduğu cərrahi qayçı olduğunu göstərib. Siyasətçi təcili olaraq ikinci əməliyyat üçün xəstəxanaya yerləşdirilib. O, iki gün sonra sərbəst buraxılıb.

Dövlət səhiyyə idarəsi xəstənin qarnında cərrahi alətin qalması ilə bağlı tibb müəssisəsində araşdırma aparır. Siyasətçi xəstəxananı və əməliyyatı aparan cərrahı məhkəməyə verib-verməyəcəyinə hələ qərar verməyib. “İndi bu barədə düşünmürəm. Amma gəlin görək bundan sonra nə olacaq”, - deyə o bildirib.

# 1191
avatar

Oxşar yazılar