Son 10 ildə üç təyyarə raketlə vurulub,  500 nəfər ölüb - ARAŞDIRMA
28 dekabr 2024 16:22 (UTC +04:00)

Son 10 ildə üç təyyarə raketlə vurulub, 500 nəfər ölüb - ARAŞDIRMA

Son onilliklərdə aviasiya daha təhlükəsiz hala gəlsə də, yeni ciddi təhlükə yarandı - hava hücumundan müdafiə raketləri. Bunu Qazaxıstanda Azərbaycan Hava Yollarına məxsus təyyarənin Rusiya raketi ilə vurulduğu faciə də təsdiqləyir. “Embraer E190” təyyarəsinin vurulması nəticəsində 67 sərnişindən 38-i həlak oldu.

Lent.az xəbər verir ki, bu barədə araşdırmanı “Bild” nəşri aparıb. Qlobal Uçuş Təhlükəsizliyi Fondunun məlumatına görə, 2014-cü ildən bəri üçüncü dəfədir ki, sərnişin təyyarəsi münaqişə zonasında məhv edilir. 500-dən çox insan belə hadisələrin qurbanı olub. Mütəxəssislər qeyd edirlər ki, son illər atəşə məruz qalma riski xeyli artıb.

İlk belə 2014-cü ildə Rusiya tərəfindən törədilib. Rusiya raketi Malayziya Hava Yollarına məxsus “Boeing 777” təyyarəsini Ukraynanın şərqi üzərində vurub, 298 nəfər həlak olub. 2020-ci ildə İranda səhvən buraxılan raket Ukrayna təyyarəsini partlatdı. Nəticədə 176 nəfərin ölümünə səbəb oldu.

Pilotlar da narahatlıqlarını getdikcə daha çox ifadə edirlər. Avropa Pilotlar Assosiasiyasının prezidenti Otjan de Bruijn münaqişə zonaları üzərindən uçmağa məcbur olan ekipajlar arasında artan gərginliyi qeyd edir. Avropa Komissiyasına yazdığı məktubda o, vurğulayıb: “Vəziyyət qeyri-sabitdir, gərginlik yüksəkdir və hücumlar getdikcə daha çətin proqnozlaşdırılır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2243

Oxşar yazılar

PKK  özünü buraxdı

PKK özünü buraxdı

12 may 2025 , 10:10
Hindistan yenə Ermənistana "Akash" göndərir

Hindistan yenə Ermənistana "Akash" göndərir

11 may 2025 , 23:11
Bu ölkədə  şahmat qadağan edildi

Bu ölkədə şahmat qadağan edildi

11 may 2025 , 19:23
Roma Papası XIV Lev

Yeni Roma Papasından ilk ÇAĞIRIŞ

11 may 2025 , 16:14
Donald Tramp, ABŞ Prezidenti

Trampdan yeni sürpriz

11 may 2025 , 11:12
Pakistanın hava məkanı bağlandı

Pakistanın hava məkanı bağlandı

11 may 2025 , 05:07
Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla  təqdim etdi

Turistləri aldatmaq istəyən Yamal özünü başqa adla təqdim etdi

11 may 2025 , 04:36
"Panasonic" 5 min işçisini ixtisar edir

"Panasonic" 5 min işçisini ixtisar edir

11 may 2025 , 02:45