SOS: Qlobal fəlakət başladı  - Bu, ABŞ-la Rusiya arasında bəhanə olacaq...
27 iyul 2021 18:00 (UTC +04:00)

SOS: Qlobal fəlakət başladı - Bu, ABŞ-la Rusiya arasında bəhanə olacaq...

“Bloomberg” xarici mütəxəssislərin rəyinə əsaslanaraq dünyanın mövcud siyasi mənzərəsinə dair maraqlı yanaşma sərgiləyib.

Lent.az xəbər verir ki, söhbət ABŞ-Rusiya münasibətlərindən gedir.

Əslində mütəxəssislər dünyada baş verən qlobal təhlükədən - iqlim dəyişkənliyi, istiləşmənin səbəb olduğu dəhşətli daşqınlardan danışaraq, bu mövzunun siyasi gündəmi zəbt etdiyinin vurğulayıblar: 

“Baş verən bir sıra hadisələr planetimizdə ekoloji mühitin həqiqətən dəyişməsinin mümkün olduğunu göstərir. Dünya artıq qlobal iqlim çöküşü mərhələsinə qədəm qoyur. 

Müxtəlif ölkələrdə anomal hava şəraiti diqqət çəkir – Amerikada, Sibirdə baş verən genişmiqyaslı meşə yanğınları, Qərbi Avropada dağıdıcı daşqınlar, Çində insanları sanki  süpürən sellər, Afrikanın şərqində, Hindistanda əlverişsiz hava səbəbindən ölən yüzlərlə ölüm faktları, bu arada Braziliyada və Afrikanın cənubunda görünməmiş soyuqlar…”. 

Alman meteoroloqu Cohannes Kvaas əminliklə qeyd edir ki, bütün bu faciələr proqnozlaşdırıldığından daha tez başlayan qlobal istiləşmənin nəticələridir: 

“Bu vəziyyətin günahı atmosferə qaz buraxan insandır! Vəziyyət dəyişməzsə, planet daha dağıdıcı fəlakətlərlə qarşılaşacaq”.

“Bloomberg”ə görə, artıq ekoloji problemlərdən siyasətdə də aktiv şəkildə istifadə olunur. Bəzi siyasi analitiklərin fikrincə, iqlimin qorunması, mühafizəsi Rusiya ilə ABŞ arasında yaxınlaşma üçün bəhanə olacaq.

# 2328
avatar

Rəsul SARI

Oxşar yazılar