Tanınmış müğənni güneyli soydaşlarımıza  belə dəstək verdi
30 yanvar 2023 15:46 (UTC +04:00)

Tanınmış müğənni güneyli soydaşlarımıza belə dəstək verdi

Güney Azərbaycanın Xoy şəhərində bir neçə gündür mütəmadi olaraq 4.5-5 bal gücündə zəlzələ baş verir.

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, qeydə alınan dağıdıcı zəlzələ nəticəsində minlərlə soydaşımız evsiz qalıb, xeyli sayda yaralı və ölənlər var.

İnsanlar sosial şəbəkələrdə dəhşətli hadisə ilə bağlı paylaşımlar edir, insanlara mənəvi dəstək olurlar. Məsələ ilə bağlı dəstək göstərənlərdən biri də Türkiyənin tanınmış müğənnisi Gülbən Ərgən olub. O, kömək üçün hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirib.

Müğənninin paylaşımını təqdim edirik:

 

 

 

 

# 975
avatar

Sevinc Fərid

Oxşar yazılar