Tanınmış müğənnidən etirazçılara dəstək - SƏHNƏDƏ SAÇINI KƏSDİ
27 sentyabr 2022 14:39 (UTC +04:00)

Tanınmış müğənnidən etirazçılara dəstək - SƏHNƏDƏ SAÇINI KƏSDİ

İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan etirazlar bütün dünyaya yayılıb. 

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli müğənni Mələk Mosso da səhnədə saçını kəsdirərək, Məhisa üçün keçirilən etirazlara dəstək olub. 

Digər bəzi qadın etirazçılar da saçlarını kəsərək və hicablarını yandıraraq videolar paylaşırlar.

Qeyd edək ki, sentyabrın 13-də 22 yaşlı Məhsa Əmini saçının bir hissəsinin göründüyü üçün məcburi hicab qanunlarını tətbiq edən "əxlaq polisi" tərəfindən saxlanılıb. 

Həbsdə olarkən döyülərək komaya salındığı ehtimal edilən Əmini sentyabrın 16-da dünyasını dəyişib. Əmininin ölümü həm də illərdir rejimin zülmünə məruz qalan camaat, xüsusilə qadınlar üçün bir qığılcım oldu.

Əmininin ölümü ilə başlayan və bütün ölkəyə yayılan etirazlar 6 gündür ki, davam edir. Rejim qüvvələrinin sərt müdaxiləsi nəticəsində ən azı 7 nəfərin həyatını itirdiyi, yüzlərlə insanın yaralandığı, yüzlərlə insanın nəzarətə alındığı qeyd edilir. Küçələrdə hər şeyə müqavimət göstərən, baş örtüyünü yandıran, saçını kəsdirən qadınlar şəriət rejiminin devrilməsini tələb edir.

# 2550
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Bu ölkənin vitse-prezidenti  həbs edildi

Bu ölkənin vitse-prezidenti həbs edildi

7 dekabr 2022 , 02:02
İki azyaşlı evdə  diri-diri yandı

İki azyaşlı evdə diri-diri yandı

6 dekabr 2022 , 23:46
İranda daha bir RƏZALƏT:  Türk adı qoyulduğu üçün uşağa sənəd verilmir

İranda daha bir RƏZALƏT: Türk adı qoyulduğu üçün uşağa sənəd verilmir

6 dekabr 2022 , 13:00
İpləri qırılan 200 metrlik gəmi körpüyə ilişdi -VİDEO

İpləri qırılan 200 metrlik gəmi körpüyə ilişdi -VİDEO

6 dekabr 2022 , 08:08
Konqoda 300 mülki şəxs qətlə yetirildi

Konqoda 300 mülki şəxs qətlə yetirildi

6 dekabr 2022 , 07:07
Minlərlə quş bu səbəbdən ölüb

Minlərlə quş bu səbəbdən ölüb

6 dekabr 2022 , 04:52
Britaniyada evsiz-eşiksiz ukraynalı qaçqınlar artır

Britaniyada evsiz-eşiksiz ukraynalı qaçqınlar artır

6 dekabr 2022 , 03:48
Ukraynada dağıldıqca Aİ-yə üzvlük şansı da artır - Diplomat

Ukraynada dağıldıqca Aİ-yə üzvlük şansı da artır - Diplomat

6 dekabr 2022 , 03:25