Ticarət mərkəzində atışma, 3 ÖLÜ  -YENİLƏNİB
04 iyul 2022 05:04 (UTC +04:00)

 Ticarət mərkəzində atışma, 3 ÖLÜ -YENİLƏNİB

Danimarka polisi ticarət mərkəzində 3 nəfəri odlu silahla qətlən yetirən şəxsi həbs edib. 

Lent.az-ın xəbərinə görə, Kopenhagen polisi bildirib ki, saxlanan şəxs 22 yaşlı Danimarka vətəndaşıdır. Onun valideynləri də əslən danimarkalıdır. Təqsirləndirilən şəxslə əlbir olanlar barədə məlumat yoxdur. 
 

***

22.03

Danimarkanın paytaxtı Kopenhagendəki ticarət mərkəzində atışma baş verib.

Lent.az-ın xəbərinə görə, bu barədə Danimarka polisi məlumat yayıb.
Məlumatda çox sayda insanın xəsarəıt aldığı bildirilir. Hadisəni törədən şəxs saxlanılıb. Saxlanan şəxsin ətrafında istintaq hərəkətləri aparılır. 

Hadisə vaxtı binada yüzdən çox adam olub. 
 
 

# 1209
avatar

Oxşar yazılar