ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə yalnız tərəflərin Ukrayna üzrə sülh sazişi bağlamağa hazır olduğu vaxt görüşəcəyini bildirib.
Lent.az xəbər verir ki, o, bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Tramp ABŞ-ın Rusiya, Ukrayna və digər ölkələrlə yaxşı münasibətlər qurmasını istədiyini bildirib. Onun sözlərinə görə, Rusiya böyük ərazilərə və çox qiymətli torpaqlara malik ölkədir və Moskva ilə yaxşı münasibətlər biznes üçün də faydalı ola bilər.
“Biz görüşü dərhal keçirə bilərdik. Amma mən bu görüşü müharibənin sona yaxınlaşdığı vaxt keçirmək istəyirəm və düşünürəm ki, belə də olacaq”, – Tramp deyib.
ABŞ Prezidenti həmçinin Putinlə Ukrayna Prezidenti Volodimir Zelenski arasında böyük ədavət olduğunu bir daha vurğulayıb.