Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan
02 sentyabr 2026 16:10 (UTC +04:00)

Daşınmaz əmlaka yatırım etmək istəyənlər üçün yeni imkan

0

Daşınmaz əmlak uzun illərdir kapitalını qorumaq və dəyərləndirmək istəyənlərin diqqətində olan investisiya istiqamətlərindən biridir. 2026-cı ildə də Azərbaycanda daşınmaz əmlak bazarında artım tendensiyası davam edir və mütəxəssislər aktivin lokasiyası, investisiya potensialı və tələbinin onun gələcək dəyərində mühüm rol oynadığını qeyd edirlər.

Bəs daşınmaz əmlaka investisiya etmək üçün mütləq böyük məbləğdə pula sahib olmaq və bütün mənzilin dəyərini bir anda ödəmək lazımdırmı?

Əslində, kapitalını daşınmaz əmlaka mərhələli şəkildə yönəltmək də mümkündür. Kristalın təqdim etdiyi “Evini hissə-hissə al” modeli məhz bu yanaşma üzərində qurulub: mənzili kvadrat-kvadrat almaq.

Modeli sadə izah etsək, müəyyən məbləğdə kapitalın varsa, onu seçdiyin layihədə mənzilin kvadratmetrlərinə yönəldə bilərsən. Bu gün imkanına uyğun müəyyən sayda kvadratmetr alır, daha sonra əlavə vəsaitin olduqca həmin mənzildən daha çox kvadratmetr əldə edirsən. Beləliklə, bütün mənzilin məbləğini gözləmədən investisiyaya başlamaq və kapitalını mərhələli şəkildə artırmaq mümkündür.

Üstəlik, “Evini hissə-hissə al” modeli faizsiz və aylıq öhdəliksiz şərtlərlə təqdim olunur. Yəni bank krediti kimi hər ay müəyyən məbləğ ödəmək məcburiyyətində qalmırsan. Kapitalın imkan verdiyi qədər investisiya edərək mənzildəki payını artıra bilirsən.

Burada əsas məsələ yalnız kvadratmetr almaq deyil, düzgün layihə və lokasiyada daşınmaz əmlak aktivi formalaşdırmaqdır. Layihə və ərazi inkişaf etdikcə daşınmaz əmlakın bazar dəyərində də artım potensialı yarana bilər. Bu baxımdan bu gün alınan kvadratmetr gələcəkdə daha dəyərli aktivə çevrilə bilər.

Kristalın şəhərin müxtəlif ərazilərində yerləşən layihələri də fərqli investisiya seçimləri təqdim edir. Nərimanov və Biləcəridən Bakı bulvarında yerləşən “Kristal Towers”ə, “Gənclik” parkına yaxın layihələrdən Sumqayıt və Xırdalanda yerləşən yaşayış komplekslərinə qədər büdcənə uyğun kvadratmetr seçə bilərsən.

Məsələn, əlində 20 və ya 50 min manat kapital varsa, bütün məbləği bir anda mənzilə yatırmaq əvəzinə, onu mərhələli şəkildə daşınmaz əmlaka yönəldə bilərsən. Aldığın hər kvadratmetr isə gələcəkdə həmin layihənin və ərazinin inkişafından asılı olaraq daha yüksək dəyər qazana biləcək daşınmaz əmlak aktivinin bir hissəsinə çevrilir.

Yəni yanaşma sadədir: mənzilin tam məbləğini gözləmə, investisiyaya sahib olduğun kapitaldan başla. Bu gün aldığın kvadratmetr sabah daha dəyərli ola bilər.

Əgər kapitalını daşınmaz əmlaka yönəltmək, müxtəlif layihələrdən kvadratmetr əldə etmək və investisiyanı mərhələli şəkildə böyütmək istəyirsənsə, Kristalın satış ofislərinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsən.

Kvadrat-kvadrat al, kapitalını daşınmaz əmlaka yönəlt, gələcəyinə yatırım et.

Ətraflı: *1544

kristal.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 66

Oxşar yazılar