Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama
02 sentyabr 2026 22:46 (UTC +04:00)

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

0

Bioloq Sinan Canan insan beyni, düşüncə və davranışlarla bağlı maraqlı açıqlamalar verib.

Lent.az xəbər verir ki, Canan gündəlik həyatda beynimizin necə işlədiyini və qərarlarımızın hansı mexanizmlərlə formalaşdığını izah edib.

Beynimizin nə qədərindən istifadə etdiyimizlə bağlı suala cavab verən Canan bildirib ki, insan beyni gündəlik həyatda çoxsaylı “qısayollardan” istifadə edir. Onun sözlərinə görə, insan qarşılaşdığı hər şeyi əvvəlcədən ətraflı araşdırmır və müəyyən inanclara əsaslanaraq qərar verir.

Canan bunu stul nümunəsi ilə izah edib. O bildirib ki, insan stula oturarkən onun sağlam, sınmayacaq və öz ağırlığını daşıya biləcəyini əvvəlcədən elmi şəkildə yoxlamır. Beyin bu ehtimalları avtomatik qiymətləndirir və insanın hər dəfə vaxt itirməsinin qarşısını alır.

“Zehnimiz hər şeydə inanclara əsaslanan qısayollardan istifadə edir və bu, bizə çox vaxt qazandırır”, - Canan deyib.

O qeyd edib ki, bu mexanizm gündəlik həyatda işimizi asanlaşdırır və əsas məqsədə daha sürətli çatmağımıza imkan verir. Lakin insan həyatın daha fundamental məsələləri – kainatın yaranma səbəbi, insanın kimliyi, həyatın məqsədi, yaxşı ilə pisin, doğru ilə yanlışın nə olduğu barədə düşünərkən də beynin yaratdığı bu qısayollardan təsirlənir.

Cananın sözlərinə görə, insanın zehnində formalaşan bu qısayollar düşüncə prosesinə təsir göstərir və müəyyən mənada insanı istiqamətləndirir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 158

Oxşar yazılar