Tramp Si Cinpinlə Tayvanı  müzakirə edəcək
25 oktyabr 2025 08:15 (UTC +04:00)

Tramp Si Cinpinlə Tayvanı müzakirə edəcək

0

ABŞ prezidenti Donald Tramp 30 oktyabrda Cənubi Koreyada Çin Xalq Respublikasının sədri Si Cinpinlə keçirəcəyi görüşdə Tayvanla bağlı məsələləri müzakirə etməyi planlaşdırır.

Lent.az xəbər verir ki, Tramp bunu jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“ Mən Tayvan haqqında danışacağam. Ora getməyəcəyəm, amma bu mövzunu qaldıracağam”, – deyə Ağ Evin rəhbəri qeyd edib.

Tramp bu açıqlamanı Ağ Evin Cənub çəmənliyində Asiya turuna yola düşməzdən əvvəl səsləndirib. Səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyaya baş çəkəcək.

“Si Cinpinlə müzakirə edəcəyimiz çox məsələ var. Eyni zamanda, onun da bizimlə danışmaq istədiyi mövzular var. Düşünürəm ki, bu, məhsuldar görüş olacaq”, – Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar