Trampdan qorxunc proqnoz: Hökumətinin fəaliyyətini dayandırması ehtimaldır
30 sentyabr 2025 22:32 (UTC +04:00)

Trampdan qorxunc proqnoz: Hökumətinin fəaliyyətini dayandırması ehtimaldır

0

“ABŞ-da federal hökumətin müvəqqəti bağlanması (şatdaun) qaçılmaz deyil, lakin bunun olma ehtimalı var.”

Lent.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bildirib.

"Beləliklə, heç bir şey qaçılmaz deyil, amma deyərdim ki, bu, çox güman ki, mümkündür", - Tramp bildirib.

 

Qeyd edək ki, oktyabrın 1-də ABŞ büdcəsiz yeni maliyyə ilinə başlayır. Konqres hökuməti qısa müddətə maliyyələşdirməyə davam etmək üçün ən azı müvəqqəti qətnamə qəbul edə bilməsə, federal agentliklər qeyri-müəyyən müddətə bağlanmaq təhlükəsi ilə üzləşirlər.

Onu da qeyd edək ki, ABŞ tarixində ən uzun bağlanma 35 gün davam edib və bu bağlanma Donald Trampın birinci prezidentliyi dövründə baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 204

Oxşar yazılar