Trampdan təcili tapşırıq - Nüvə silahlarının sınaqlarına dərhal başlansın
30 oktyabr 2025 06:46 (UTC +04:00)

Trampdan təcili tapşırıq - Nüvə silahlarının sınaqlarına dərhal başlansın

0

ABŞ-ın digər ölkələrdən daha çox nüvə silahı var.

Lent.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, bu vəziyyət onun ilk prezidentliyi dövründə mövcud nüvə silahlarının tam yenilənməsi və modernləşdirilməsi nəticəsində əldə edilib.

“Nəhəng dağıdıcı gücə malik olduğuna görə bunu etmək istəməzdim, amma başqa seçimim yox idi. Rusiya bizdən sonra ikinci, Çin isə üçüncü yerdədir. Bu, hələ 5 il ərzində belə olacaq. Digər ölkələr sınaq proqramları həyata keçirdiyi üçün mən Müdafiə Departamentinə nüvə silahlarımızı bərabər əsaslarla sınaqdan keçirməyə başlamağı tapşırdım. Bu proses dərhal başlayacaq”, - deyə Tramp əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar