Türkiyədə baş verən zəlzələnin Suriyaya təsiri:  1060 nəfər öldü   -YENİLƏNİB
06 fevral 2023 22:02 (UTC +04:00)

Türkiyədə baş verən zəlzələnin Suriyaya təsiri: 1060 nəfər öldü -YENİLƏNİB

Suriyada zəlzələdə ölənlərin sayı artıb.

Lent.az Əl-Ərəbiyyə telekanlına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində ölənlərin sayə 1060 nəfər olub.

Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, 2400 nəfər yaralanıb.

Hazırda axtarış-xilasetmə işləri davam edir, zərərçəkənlərin sayı arta bilər.

Qeyd edək ki, Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

***

Saat 21:07

Türkiyədə baş verən zəlzələ qonşu Suriyada da dağıntı və tələfatla nəticələnib.

Lent.az xəbər verir ki, Suriya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, zəlzələdə ölənlərin sayı 538-ə çatıb.

***

Saat 11:57

Suriyada güclü zəlzələdə ölənlərin sayı 427-yə çatıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. 

Qeyd edək ki, zəlzələdə 600 nəfər yaralanıb.

***

10:32

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Suriya Səhiyyə Nazirliyi məlumat yayıb.

Əldə olunan məlumatlara görə, zəlzələ zamanı yaralananların sayı 639-a çatıb.

***

10:03

Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, 7,4 bal gücündə zəlzələ Suriyaya da öz təsirini göstərib.

Əldə olunan məlumatlara görə, Suriyada zəlzələ nəticəsində 100 nəfər həyatını itirib, yüzlərlə insan isə yaralanıb.

Qeyd edək ki, zəlzələ Suriyanın İdlib, Hələb, Həma, Latakiya və Rakka vilayətlərində də güclü hiss olunub və böyük dağıntılara səbəb olub.

# 7497
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34