Ukrayna 3 ədəd pulsuz “Bayraktar” əldə edəcək
27 iyun 2022 22:33 (UTC +04:00)

Ukrayna 3 ədəd pulsuz “Bayraktar” əldə edəcək

Türkiyənin pilotsuz uçuş aparatları və aviaelektronika istehsal edən “Baykar”  şirkəti Ukraynaya 3 ədəd “Bayraktar TB-2” verəcək. 

Lent.az-ın xəbərinə görə, bu barədə şirkətin mətbuat katibliyindən bildirilib. 

Qeyd olunub ki, Ukrayna vətəndaşları bu PUA-ları almaq üçün qısa müddət ərzində pul yığıb. Lakin “Baykar” şirkəti onların vətənlərini müdafiə etmək üçün “Bayraktar”ları təmənnasız təqdim edəcək.

# 1470
avatar

Oxşar yazılar