Ukraynada öldürülən rusiyalı məmur övladları - SİYAHI
24 may 2022 20:15 (UTC +04:00)

Ukraynada öldürülən rusiyalı məmur övladları - SİYAHI

Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxiləyə başladı. Kreml bunu xüsusi hərbi əməliyyat kimi qələmə versə də, baş verənlər irimiqyaslı müharibə halına gəlib.

Müharibədə tərəflərin rəsmi itkiləri barədə dəqiq informasiya olmasa da, ölü sayının on minlərlə olduğu təxmin edilir. Rusiya mediasında gedən məlumatlar hərbi əməliyyatların gedişində bir sıra siyasi və hərbi xadimlərin, dövlət məmurlarının yaxınlarının da müharibədə həlak olduğunu xəbər verir.

Lent.az Ukraynada müharibədə həlak olan rusiyalı məmur qohumlarının siyahısını təqdim edir:

Rusiya müdafiə nazirinin müavini, general-polkovnik Yunusbek Yevkurovun bacısı oğlu Adam Xamxoyev mayın 20-dən 21-nə keçən gecə Ukraynada həlak olub. O, Ryazanda Hava-Desant Qoşunlarının ali komandirlər məktəbində oxumuşdu. Hərbi əməliyyatlardan öncə, Ulyanovsk şəhərində xidmət keçirdi. Desant-hücum bölüyünün komandiri olan kapitan Xamxoyev İnquşetiyanın Qarabulaq rayonunda dəfn olunub. Dəfn mərasimində Yunusbek Yevkurov da iştirak edib. Yunusbek Yevkurov 2008-2019-cu illərdə İnquşetiyaya rəhbərlik edib. O, Rusiya Qəhrəmanı adını daşıyır.

Rusiya Cənubi Hərbi Dairəsinin komandan müavini, general-leytenant Rüstəm Muradovun da bacısı oğlu Ukraynada həlak olub. 27 yaşlı Salman Süleymanovun tağım komandiri olduğu məlumdur. O, aprelin sonlarında döyüşlərdə həlak olub. Hərbçi Dərbənd rayonunda dəfn olunub.

Xatırladaq ki, Rüstəm Muradov Qarabağda sülhməramlı kontingentinin komandanı olub. O, Çeçenistandakı hər iki müharibədə, Suriyada hərbi əməliyyatlarda iştirak edib.

Suriyanın Deyr-əz-Zor şəhəri istiqamətində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə, Rusiyanın Qəhrəmanı adını alıb.

Rusiyanın Çita şəhərinin eks-meri Anatoli Mixalevin nəvəsi də Ukraynada həlak olub. 25 yaşlı baş leytenant Yeqor Sekerjitski aprelin əvvəllərində Xarkov vilayətinin Kamenka kəndi uğrunda gedən döyüşdə snayper atəşi ilə öldürülüb.

Yeqor Sekerjitskinin anası Marina Sekerjitski isə Çita şəhər administrasiyasında təhsil komitəsi sədrinin müavini kimi çalışır. Hərbçi aprelin 5-də Çita şəhərində dəfn olunub.

Nenets Muxtar Dairəsinin vitse-qubernatoru Aleksandr Dudorovun oğlu da Ukraynada gedən döyüşlərdə ölüb. 23 yaşlı Georgi Dudorov 106-cı Tula paraşüt-desant diviziyasının 107-ci alayının kəşfiyyat bölüyünün komandiri olub. Rusiya İstintaq Komitəsinin məlumatına görə, martın 6-da Dudorovun bölüyü kolonla hərəkət edən zaman Ukrayna artilleriyasının zərbələrinə məruz qalıb. Döyüş zamanı vitse-qubernatorun oğlu aldığı xəsarətlərdən yerindəcə keçinib. O, ölümündən sonra “Hünər və Cəsarət” medalı ilə təltif olunub.

Aleksandr Dudorov Nenets Muxtar Dairəsində daxili nəzarət, mülki müdafiə və yanğın təhlükəsizliyi departamentlərini kurasiya edir. O, vitse-qubernator postuna 2021-ci ildə təyin olunmuşdu.

Ryazan şəhər dumasının 74 yaşlı deputatı Roza Rizatdinovanın nəvəsi Leonid Rizatdinov da Ukraynada davam edən müharibədə həlak olub. Bu barədə martın 28-də şəhər dumasının sədri Tatyana Pamfilova məlumat vermişdi. 24 yaşlı tağım komandiri Hava-Desant Qüvvələrinin 106-cı Tula diviziyasının 51-ci paraşüt-desant alayında tağım komandiri idi. Hərbçi martın 27-də Kiyev yaxınlığındakı Qostomel qəsəbəsində gedən döyüşdə öldürülüb.

Roza Rizatdinova 2008-ci ildən bu günə qədər Ryazan şəhər dumasının “Vahid Rusiya” partiyasından deputatıdır.

# 5196
avatar

Vüqar İsmayılov

Oxşar yazılar

Şoyqu həbs edilən  müavinini vəzifəsindən uzaqlaşdırdı

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırdı

25 aprel 2024 , 00:48
ABŞ-da "TikTok" qadağan edildi

ABŞ-da "TikTok" qadağan edildi

24 aprel 2024 , 21:54
Navalnıya görə işdən çıxarıldı

Navalnıya görə işdən çıxarıldı

24 aprel 2024 , 11:47
Panamada güclü zəlzələ  baş verdi

Panamada güclü zəlzələ baş verdi

24 aprel 2024 , 08:27
Argentina iranlı nazirin  həbs edilməsini tələb etdi

Argentina iranlı nazirin həbs edilməsini tələb etdi

24 aprel 2024 , 07:47
Hindistan ballistik raketi  sınaqdan keçirdi

Hindistan ballistik raketi sınaqdan keçirdi

24 aprel 2024 , 06:52
Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

Peruda ilk dəfə xəstəliyi olan şəxs evtanaziya edildi

24 aprel 2024 , 05:43
Rüşvət almaqda  şübhəli bilinən nazir müavini SAXLANILDI

Rüşvət almaqda şübhəli bilinən nazir müavini SAXLANILDI

23 aprel 2024 , 22:34