Uşağın həyatını qurtarana 23 manat verdilər, amma...
27 iyul 2021 16:11 (UTC +04:00)

Uşağın həyatını qurtarana 23 manat verdilər, amma...

Rusiyanın Novokuznetsk şəhərində 2 yaşlı uşağı valideynləri nəzarətsiz buraxdığı üçün balkondan yıxılıb. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu vaxt yoldan keçən şəhər sakini Svetlana Sanarova uşağı tuta bilib. Bundan sonra azyaşlının valideynləri balkondan həmin qadına 1000 rubl (təxminən 23 manat) uzadaraq uşağı götürmək istəyiblər. Qadın pulu götürməyib və bu hərəkətə görə çox əsəbiləşib.  

Uşağın valideynləri polis bölməsinə çağırılıb. Kemerovo bölgəsinin Daxili İşlər Nazirliyi Svetlana Sanaranı mükafatlandırıb. 


Sevinc Fərid

# 2415
avatar

Oxşar yazılar