Vahid Ələkbərovun oğlu ən varlı varisdir
02 iyun 2026 17:17 (UTC +04:00)

Vahid Ələkbərovun oğlu ən varlı varisdir

0

“Lukoyl”un keçmiş rəhbəri və həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov rusiyalı milyarderlərin ən varlı varisləri siyahısına başçılıq edib.

Lent.az xəbər verir ki, müvafiq reytinqi “Forbes” jurnalı tərtib edib.

Bildirilir ki, 35 yaşlı Yusif Ələkbərovun sərvəti 560 milyon dollar qiymətləndirilir. Ələkbərovun oğlu “Lukoyl”un səhmlərinin 0,2 faizinə sahibdir və may ayının əvvəlinə həmin səhmlərin dəyəri 100 milyon dollar olaraq qiymətləndirilib. Bundan əlavə, iş adamına “YuVS” şəxsi fonduna ötürülmüş “Ekto” holdinqi də məxsusdur.

“Lukoyl” Ekto markası altında innovativ yanacaq istehsal edir. Lakin “Forbes”in yazdığına görə, holdinqin tərkibində xeyli sayda əsas fəaliyyət istiqamətinə aid olmayan aktivlər də var. Onlardan biri istirahət və əyləncə təşkilinə, həmçinin uşaqlara qulluq xidmətlərinə ixtisaslaşmış “Babbles” MMC-dir.

Yusif Ələkbərov ilk dəfə 2016-cı ildə “Forbes”in ən varlı varislər siyahısına başçılıq edib və həmin vaxtdan bəri bu siyahının dəyişməz lideri olaraq qalır.

Ələkbərovdan başqa, “Forbes” versiyasına görə ən varlı beş varis sırasında “Novatek” və “Sibur” şirkətlərinin əsas sahibi Leonid Mihelsonun qızı Viktoriya Mihelson və onun ögey qardaşı, “Evroxim” və SUEK şirkətlərinin təsisçisi Andrey Melniçenkonun övladları Tara və Adrian, Federasiya Şurasının senatoru Süleyman Kərimovun övladları Gülnarə, Səid və Amina, eləcə də NLMK direktorlar şurasının sədri Vladimir Lisinin oğulları və qızı Dmitri, Yuri və Anastasiya yer alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar