AB SSRİ-nin aqibətini yaşaya bilər
07 fevral 2013 21:02 (UTC +04:00)

AB SSRİ-nin aqibətini yaşaya bilər

“Avropa Birliyi SSRİ-nin taleyini yaşaya bilər”. APA-nın məlumatına görə, bu fikirləri maliyyəçi Corc Soros Hollandiya telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Sovet İttifaqının 70 illik mövcudluğuna yürütdüyü yanlış iqtisadi siyasət son qoydu.

 

“Avropa Birliyinin avronun dağıda biləcəyindən narahatam. Ciddi təhlükə ondan ibarətdir ki, avrozonanın maliyyə problemlərini həll etmək üçün irəli sürülən təklif dərin siyasi problem yaradır”.

 

Sorosun sözlərinə görə, avrozonanın hazırkı rəhbərliyinin ciddi şəkildə vahid valyutanı saxlamaq cəhdləri Avropa Birliyinin siyasi və sosial problemlərinin güclənməsinə gətirib çıxarır ki, bu da onun məhvi ilə nəticələnə bilər: “Almaniya başa düşməlidir ki, avro zonasında iqtisadiyyatın sərtləşdirilməsi kursu əks nəticə verə bilər, bu siyasət uğur gətirməyəcək”. 

 

# 660
avatar

Oxşar yazılar