Camalanın anası Ermənistandan deportasiya olunmalarını <span style="color:red;">DANIŞDI
17 may 2016 11:17 (UTC +04:00)

Camalanın anası Ermənistandan deportasiya olunmalarını DANIŞDI

“Mən qızımın qələbə qazanacağına inanırdım”.

Lent.az-ın məlumatına görə, bunu “Eurovision – 2016” – nın qalibi Ukraynalı ifaçı Camalanın anası Life.ru-a müsahibəsində deyib.

Qızının qələbə qazanacağına həmişə arxayn olduğunu deyən Qalina Tumasova onun sağlığından çox narahat olduğunu da dilə gətirib.

Camalanın niyə məhz “1944” mahnısını seçməsinə aydınlıq gətirən Q.Tumasova bildirib ki, bu, Camalanın deportasiya olunmuş ailədə böyüməsi ilə bağlıdır: “ Mənim atam o vaxt Ermənistandan Orta asiyaya deportasiya olunub. Ərimin ailəsi də deportasiya qurbanıdır. Əslində “1944” mahnısı “Eurovision” yarışması  üçün seçilməmişdi. Ancaq seçim turlarında qızım bu mahnını ifa edən zaman  münsiflər kədərləndi və prodüsser Konstantin Meladze məhz bu mahnı ilə Ukraynanın təmsil ediləcəyinə dair qərar verdi.  

Camalanın anası onu da qeyd edib ki, qızı bu mahnını  18 may Krım türklərinin deportasiya olunduğu gün ifa etməyə hazırlaşırmış.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209

Oxşar yazılar