Ermənistanda yanacaq doldurma məntəqəsində atışma
07 fevral 2013 03:16 (UTC +04:00)

Ermənistanda yanacaq doldurma məntəqəsində atışma

Ermənistanda qazdoldurma məntəqəsində baş vermiş olay odlu silahdan atəşin açılması həll edilib.

Lent.az-ın erməni informasiya vasitələrinə istinadən məlumatına görə, hadisə avtomobil trasındakı məntəqədə baş verib. Yanacaq doldurma məntəqəsinin direktoru ilə bir qrup arasında mübahisə yaranıb. Bu zaman direktor onlara öz şəxsi tapançasından atəş açıb.

Mənbənin bildirdiyinə əsasən, qaz xidməti idarəsinin əməkdaşları stansiyaya gələrək, məntəqənin vergi borcunu ödəməsini istəyib. Əks halda stansiyaya gələn qazı bağlayacaqlarını bildiriblər. Direktor borcu verməkdən imtina etməklə yanaşı, qazın bağlanmasına da mane olmağa çalışıb. Cəhdləri boşa çıxandan sonra o, tapançaya əl atıb.

Polisin mətbuat xidməti baş vermiş olayı təsdiqləyərək, bildirib ki, direktor avtomatdan bir dəfə havaya atəş açıb. O, polis məntəqəsinə gətirilib. Ərazini tərk etməmək barədə iltizam alındıqdan sonra sərbəst buraxılıb. Araşdırma aparılır.

 

# 596
avatar

Oxşar yazılar