Moskvada azərbaycanlılardan ibarət quldur dəstəsi ələ keçdi
07 fevral 2013 10:54 (UTC +04:00)

Moskvada azərbaycanlılardan ibarət quldur dəstəsi ələ keçdi

Moskva və Moskva vilayətində yük maşınlarını soyan azərbaycanlılardan ibarət quldur dəstəsi ələ keçib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, 6 nəfərdən ibarət dəstə avtomobil magistrallarında yük maşınlarına basqın edərək onları soyurmuş.

 

İlkin dindirmə zamanı məlum olub ki, dəstə üzvlərindən biri kömək üçün yük maşınının saxladırmış, maşın dayanandan sonra isə digər dəstə üzvləri gizləndikləri yerdən çıxıb sürücüləri zərərsizləşdirirmiş.

 

Bundan sora maşın əvvəlcədən müəyyən edilmiş yerə aparılır, onun içindəki yük boşaldılırmış. Maşındakı mallar isə (ərzaq, geyim əşyaları, sənaye malları) Moskva bazarlarına verilirmiş.

 

Saxlanılarkən dəstə üzvlərindən bir neçə tapança və süngü bıçağı götürülüb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin “Quldurluq” maddəsi ilə cinayət işi başlanıb.

# 2830
avatar

Oxşar yazılar