ABŞ dövlət başçısı Barak Obama İstanbuldakı terror hadisəsi ilə əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Obama baş verən faciə ilə əlaqədar türk xalqına başsağlığını çatdırıb və terroru şiddətlə qınadığını ifadə edib.