Vladimir Putin Ukraynalı pilot, Ali Radanın deputatı Nadejda Savçenkonu əfv edib.
Lent.az-ın unian.net-ə istinadən məlumatına görə, əfv sənədi artıq imzalanıb.
Qeyd edək ki, Savçenko Ukraynada əsirlikdə olan iki rus zabiti - Aleksandr Aleksandrov və Yevgeni Yerofeyevlə dəyişdirilib. Ukrayna prezidenti Pyotr Poroşenko artıq Savçenkonu Kiyevə gətirmək üçün Rostova xüsusi təyyarə də göndərib.