Putin və Ərdoğan üz-üzə görüşəcək- Telefon danışığının TƏFƏRRÜATLARI
29 iyun 2016 14:44 (UTC +04:00)

Putin və Ərdoğan üz-üzə görüşəcək- Telefon danışığının TƏFƏRRÜATLARI

 

Türkiyə Prezident Administrasiyası Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasındakı telefon danışığının təfərrüatlarını açıqlayıb. 

Lent.az-ın Türkiyə KİV-ə istinadən məlumatına görə, açıqlamada bildirilir ki, telefon danışığı zamanı dövlət başçıları Rusiya və Türkiyə arasındakı münasibətlərin normallaşdırılmasının vacibliyi və əhəmiyyətini vurğulayıblar. Danışıq zamanı bu istiqamətdə lazımlı addımlar atmaqla yanaşı, bölgədə siyasi, iqtisadi və insani böhranlar qarşısında işbirliyi yaratmağın əhəmiyyətinə də toxunulub. Həmçinin ölkələr arasındakı münasibətlərin canlandırılması və terrorla ortaq mübarizə məsələlərində qərara gələn iki lider bir-biri ilə ünsiyyət qurmaqdan razı qalıblar.

 

Görüşdə iki liderin üz-üzə görüşməsinə dair razılıq da əldə olunub. 

 

Onu da qeyd edək ki, V.Putin telefon danışığı zamanı  terror hücumunu da qınayaraq Türkiyə prezidentinin timsalında bütün türk xalqına başsağlığını da çatdırıb.

 

****

 

 

 

 

Putin və Ərdoğanın telefon danışığı başa çatıb.

 

Lent.az-ın Sözcü-yə istinadən məlumatına görə, telefon danışığının yaxşı nəticələndiyi deyilir. Bununla bağlı yazılı açıqlama veriləcəyi bildirilir.

 

Qeyd edək ki, bu, Rusiya və Türkiyə prezidentləri arasında təyyarə qəzasından 7 ay sonra ilk danışıq olduğundan mühüm əhəmiyyət daşıyır.

 

***

Türkiyə və Rusiya prezidentlərinin telefon danışığı başlayıb.

 

Lent.az-ın HaberTürk-ə istinadən məlumatına görə, telefon danışığı bitəndən sonra prezidentlərin mətbuat xidmətlərinin açıqlama verəcəyi gözlənilir.

 

Telefon danışığı zamanı ölkə başçılarının iki ölkə arasındakı münasibətləri və Atatürk hava limanında baş verən terror hadisəsini müzakirə etdikləri bildirilir.

 

Qeyd edək ki, V.Putin telefon danışığı zamanı R.T.Ərdoğana dünən Atatürk hava limanında baş verən terror hadisəsi ilə bağlı başsağlığı da verib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar