Türkiyənin Şırnak-Uludərə magistralındakı həbsxananın ətrafında əsgərlərlə PKK terrorçuları arasında atışma baş verib.
Lent.az-ın “sözcü”-ə istinadən məlumatına görə, PKK terrorçuları ilə Şırnakda yol təhlükəsizliyinə nəzarət edən əsgərlər arasında yaşanan atışmada 6 əsgər şəhid olub, 1-i isə yaralanıb. 1 PKK terrorçusunun öldürüldüyü deyilir.
***
15:36
Türkiyənin Mardin vilayətində PKK terrorçularının həyata keçiridiyi partlayış nəticəsində həlak olan hərbçilərin sayı 4-ə yüksəlib. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, hazırda partlayışda yaralanan 4 əsgər və 2 qoruyucunun xəstəxanada müalicəsi davam edir.
***
13:37
Türkiyənin Mardin vilayətində PKK terrorçularının həyata keçiridiyi partlayış nəticəsində həlak olan hərbçilərin sayı 3-ə çatıb, 7 nəfər isə yaralıdır. Lent.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, qaçan terrorçuların yaxalanması üçün bölgədə genişmiqyaslı əməliyyatlara başlanılıb.
***
11:50
Mardinin Derik qəsəbəsində əsgər və təhlükəsizlik işçilərini daşıyan avtobus partladılıb.
Lent.az-ın “sözcü.com.tr”ə istinadən məlumatına görə, terrorçuların yolda quraşdırdığı əl bombası əsgərləri daşıyan avtobusun keçişi zamanı partladılıb.
İlkin məlumatlara görə, partlayış zamanı avtobusda olan təhlükəsizlik işçilərindən 2-si şəhid olub, 8-i isə yaralanıb.
Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu deyilir. Hadisə yerində axtarış əməliyyat tədbirləri başladılıb.