Yuxuda gördüyü qoca kişiyə görə milyonlar uddu
05 iyun 2026 16:24 (UTC +04:00)

Yuxuda gördüyü qoca kişiyə görə milyonlar uddu

0

Tailandda bir qadın yuxusunda gördüyü yaşlı kişinin məsləhətinə əməl edərək lotereyada 6 milyon bat (təxminən 312 min 876 manat) udub.

Lent.az xarici mediaya istinadla bildirir ki, uğur Kampinq Fet Provins əyalətində yaşayan, tərəvəz satışı ilə məşğul olan 25 yaşlı hamilə qadın İntira Saisuna nəsib olub.

Qadının sözlərinə görə, işi yaxşı getməyib və çoxlu borcu varmış. May ayının sonunda yaşlı bir kişi yuxusuna gəlib. Həmin şəxs ona nömrəsində 770 rəqəmləri olan lotereya bileti almasını məsləhət görüb. O, həmçinin uduş qazanacağı təqdirdə onun adından xeyriyyə işi görməsini istəyib.

İyunun 1-də İntira Saisun lotereya bileti almağa gedib və satış köşkündə üzərində 770 rəqəmləri olan iki bilet görüb. Lakin onun yalnız bir bilet almağa pulu çatıb. Qadın 173770 nömrəli bileti seçib və nəticədə əsas uduşun sahibi olub.

İntira Saisun bildirib ki, yuxusunda gördüyü yaşlı kişiyə verdiyi sözü yerinə yetirmək üçün uduşun bir hissəsini doğma əyalətindəki məbədə ianə edəcək.

Qadının sözlərinə görə, qalan vəsaiti isə biznesini bərpa etməyə və maliyyə vəziyyətini yaxşılaşdırmağa sərf etməyi planlaşdırır. Saisun qeyd edib ki, qazandığı pul ona borclarını ödəməyə və son dövrlərdə çətinliklə üzləşən ticarət fəaliyyətini yenidən inkişaf etdirməyə imkan verəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 292

Oxşar yazılar