Volodimir Zelenski
07 sentyabr 2025 12:07 (UTC +04:00)

Volodimir Zelenski

Zelenskidən Rusiyanın gecə hücumu barədə SƏRT AÇIQLAMA

0

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya tərəfindən Ukraynaya qarşı həyata keçirilən gecə hücumundakı kimi qətllər, artıq real diplomatiyanın başlaya biləcəyi bir vaxtda baş verir və bu, şüurlu cinayət və müharibənin uzadılmasıdır.

APA xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında yazıb və əlavə edib ki, gecədən bəri Rusiya zərbələrinin nəticələrinin aradan qaldırılması davam edir.

“800-dən çox dron, 13 raket, onlardan dördü ballistikdir. İlkin məlumata görə, bir neçə dron Ukrayna ilə Belarus sərhədini keçib,” – deyə o vurğulayıb.

Dövlət başçısı xatırladıb ki, Kiyevdə adi yaşayış binaları dağıdılıb. Onlardan birində dördüncü və səkkizinci mərtəbələr arasında arakəsmələr dağılıb. “Hazırkı məlumata görə, iki nəfər həlak olub, onlardan biri uşaqdır. Həlak olanların bütün yaxınlarına və doğmalarına başsağlığı verirəm,” – deyə Zelenski qeyd edib və əlavə edib ki, ümumilikdə yalnız paytaxtda onlarla yaralı var.

Bundan başqa, o xatırladıb ki, Ukrayna Nazirlər Kabinetinin binası da zədələnib – yuxarı mərtəbələrdə yanğın başlayıb.

“Zaporojiya vilayətində 20-dən çox ev və uşaq bağçası zədələnib. Krivoy Roqda ticarət anbarları dağıdılıb, Sum vilayətinin Safonovka kəndində və Çerniqov vilayətində həlak olanlar var. Odessada çoxmərtəbəli binaya zərbə endirilib. Ötən sutka ərzində bir çox region zərər çəkib. Harada lazım olsa, bizim xidmətlər işləyir,” – deyə prezident vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar