Zəlzələdə ölənlərin sayı 1700-ü keçdi
30 mart 2025 12:32 (UTC +04:00)

Zəlzələdə ölənlərin sayı 1700-ü keçdi

Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1700-ü ötüb.

Lent.az xəbər verir ki, bu barədə Çin Dövlət Televiziyası Myanma Dövlət İnzibati Şurasına istinadən məlumat yayıb.

Bildirilib ki, 3400-dən çox yaralı var, 300 nəfər itkin düşüb.

Qeyd edək ki, martın 28-də yerli vaxtla saat 13.20-də Myanmada 7, 7 maqnitudalı zəlzələ baş verib. Bundan 12 dəqiqə sonra isə 6,4 maqnitudalı növbəti zəlzələ qeydə alınıb. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1114

Oxşar yazılar