Dondurucudakı buzu bir neçə dəqiqəyə necə əritmək olar?
19 avqust 2026 10:36 (UTC +04:00)

Dondurucudakı buzu bir neçə dəqiqəyə necə əritmək olar?

0

Əgər dondurucu kamera “No Frost” sistemi ilə təchiz edilməyibsə, onun divarlarında zaman keçdikcə buz təbəqəsi yaranır. Dondurucunun buzunu əritmək isə uzun və əziyyətli iş olduğuna görə bir çox insan bunu mümkün qədər təxirə salır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, adi alüminium folqadan istifadə etməklə qalın buz təbəqəsindən daha tez qurtulmaq mümkündür.

Alüminium istiliyi yaxşı keçirir. O, tez qızır və istiliyi ətrafındakı səthə ötürür.

Dondurucunun daxili divarlarını folqa ilə örtüb daha sonra isti, lakin qaynar olmayan sudan istifadə etdikdə istilik buz təbəqəsinə daha bərabər yayılır. Nəticədə buz daha sürətlə yumşalır və iri parçalar şəklində səthdən ayrılır.

Burada hər hansı “sehrli üsul” yoxdur – məsələ sadəcə istilik mübadiləsinin sürətlənməsidir.

Bunu necə etmək lazımdır?

Əvvəlcə soyuducunu elektrik şəbəkəsindən ayırmaq və dondurucudakı bütün məhsulları çıxarmaq lazımdır.

Dondurulmuş ərzaqları daha uzun müddət soyuq saxlamaq üçün termal çantaya yerləşdirmək və ya qalın örtüyə bükmək olar.

Daha sonra:

•    dondurucunun daxili divarlarını alüminium folqa ilə örtün; 

•    ərimiş suyu hopdurmaq üçün kameranın alt hissəsinə dəsmal və ya parça sərın; 

•    içəriyə ilıq su ilə dolu qab qoyun və ya buzun üzərinə ehtiyatla ilıq su çiləyin; 

•    bir neçə dəqiqə gözləyin. 

Bundan sonra buz adətən öz-özünə səthdən ayrılmağa başlayır və onu bıçaqla və ya digər sərt əşyalarla qoparmağa ehtiyac qalmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar