Mətbəx alətləri  nə vaxt dəyişilməlidir?
27 may 2023 11:48 (UTC +04:00)

Mətbəx alətləri nə vaxt dəyişilməlidir?

Mütəxəssislər mətbəx alətlərini və məişət texnikasını nə vaxt dəyişdirmək lazım olduğunu açıqlayıblar. 

Lent.az xəbər verir ki, mətbəx əşyalarının nə vaxt dəyişdiriləcəyini bilmək otağı funksional və təhlükəsiz saxlamaq üçün vacibdir.

Mətbəxdə qadınların ən çox istifadə etdiyi əşyalardan biri dibi yapışmayan tavalardır. Belə tavalar cızıldıqda və ya yemək həddindən artıq yapışmağa başlayanda dəyişdirilməlidir. Çünki cızılmış tavalar zərərli kimyəvi maddələr buraxa bilər.

Paslanmayan polad qazanlar və tavalar isə tutacaqları açılmasa, səthdə su ləkələri və ya istidən yaranan izlərin yaranmasına baxmayaraq illərlə istifadə edilə bilər. 

Blenderləri seçərkən keyfiyyətinə mütləq fikir verilməlidir. Ucuz qiymətə satılan blenderlər qalın inqrediyentlərlə işləyərkən tez sıradan çıxa bilər. Sızma və ya yanmış qoxu kimi şeylər hiss edirsinizsə, o zaman sizə yeni blender lazımdır. 

Elektrik çaydanları düzgün istifadə edildikdə bir neçə il rahatlıqla işləyə bilər. Çaydanın uzun müddətə isinməsi və ya heç isinməməsi kimi əlamətlərə diqqət edin.

Əgər tosterlərdə qeyri-bərabər, ya da çox qızartma, həmçinin paslanma kimi əlamətlər görürsünüzsə, deməli onun dəyişdirilmə vaxtı gəlib. 

Kəsici alətlər mətbəxdə ən çox istifadə olunan əşyalar arasındadır. Onlara həssas yanaşıb, düzgün təmizlik və qullu etməklə uzun müddət istifadə edilə bilər. Amma bıçaqların ağzı kütləşibsə, artıq onları dəyişdirməyin vaxtıdır.

Çatlamış və ya əyilmiş taxta qablar bakteriyaların yığılmasının qarşısını almaq üçün dəyişdirilməlidir.

Kauçuk spatulalar qırılanda və ya çatlayanda dəyişdirilməlidir. Çünki belə vəziyyətdə onlar potensial mikrob mənbəyidirlər. 

# 2220
avatar

Sevinc Fərid

Oxşar yazılar