Tez-tez istifadə olunan əşyaların TƏHLÜKƏLƏRİ –  Diş pastası, dezodorant..
19 fevral 2024 16:11 (UTC +04:00)

Tez-tez istifadə olunan əşyaların TƏHLÜKƏLƏRİ – Diş pastası, dezodorant..

Folqa və bəzi növ diş pastalarının tərkibində alüminium var ki, bu da bədəndə yığılıb zərər verə bilər

Lent.az xəbər verir ki, bu barədə həkim Sergey Çudakov xəbərdarlıq edib.

Ekspertin sözlərinə görə, plastik qablar və dezodorantlar da təhlükəlidir.

“Ağır metalların, alüminiumun və plastikin duzları orqanizmə daxil olub zəhərli təsir göstərə bilər. Bu da onların tədricən yığılması və nəticədə Alzheimer xəstəliyinin riskinin artmasına səbəb olur”, - deyə həkim bildirib.  

Onun sözlərinə görə, bu məişət əşyalarından istifadə həmçinin, reproduktiv, endokrin və sinir sisteminin funksiyalarına mənfi təsir göstərə bilər. O bildirib ki, məişət istifadəsi üçün plastik qablar seçərkən tərkibində bisfenol olmayanlara diqqət yetirmək lazımdır.

Bundan əlavə, alüminium duzları diş pastalarında və dezodorantlarda tapıla bilər. Baxmayaraq ki, təhlükəsiz doza ən çox kosmetikada istifadə olunur. Bununla belə, bu cür məhsullardan sui-istifadə etməməlisiniz. Alüminium folqa istifadəsini minimuma endirmək daha yaxşıdır. Belə ki, sobada belə qablarda yemək bişirməyin və folqa ilə bükülmüş yeməyi saxlamayın. 
 

# 3153
avatar

Sevinc Fərid

Oxşar yazılar