Tualeti  dəfnə yarpağı   ilə sürtün – Evdar qadınlar bilməlidir
20 may 2024 16:31 (UTC +04:00)

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

Dəfnə yarpağı yalnız ədviyyat kimi deyil, həm də məişətdə istifadə edilən cihazlar üçün təmizləyici vasitə kimi istifadə edilə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu bitki antiseptik xüsusiyyətlərə malikdir. 

Tualetinizi təmizləmək üçün dəfnə yarpağından necə istifadə etməliyik? 

Birincisi, tualet çəninə sadəcə bir neçə dəfnə yarpağı qoyun.

İkincisi, tualeti dəfnə yarpağı ilə sürtə bilərsiniz.  Bir litr qaynar suya 5-6 dəfnə yarpağı tökün, sonra məhlul bir az soyuyana qədər gözləyin. Sonda mayeni tualetə tökün və yarpaqlarla silin.

Dəfnə yarpaqları hava təravətləndirici kimi də istifadə edilə bilər. Tualetə bir buket dəfnə yarpağı asın və təravətləndiriciyə ehtiyacınız olmayacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2892
avatar

Sevinc Fərid

Oxşar yazılar