Baş redaktor azadlığa buraxıldı
17 avqust 2012 20:25 (UTC +04:00)

Baş redaktor azadlığa buraxıldı

0
Bu gün Abşeron Rayon Məhkəməsində “İslam-azeri.az” internet qəzetinin baş redaktoru Ramin Bayramovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb.

APA-nın məlumatına görə, R. Bayramovun müraciəti təmin edilib, o, vaxtından əvvəl azadlığa buraxılıb.

Qeyd edək ki, R. Bayramov 2011-ci il avqustun 11-də saxlanılıb. Baxış zamanı onun üzərində narkotik vasitə aşkarlanıb. Mənzilindən isə tapança, yeddi ədəd güllə və daraq tapılıb. Abşeron Rayon Məhkəməsinin hökmü ilə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilən R. Bayramov cəzanın ½-ni çəkdiyi üçün vaxtından əvvəl azadlığa buraxılması barədə məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1267

Oxşar yazılar