Astara sakini suda boğulub
18 avqust 2012 01:53 (UTC +04:00)

Astara sakini suda boğulub

0
Azərbaycanın Astara rayon sakini suda boğulub.

Astara Rayon Polis Şöbəsinin növbətçi hissəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, rayon sakini, 1991-ci il təvəllüdlü Nail Qəmbər oğlu Nəzərov avqustun 17-də axşam saatlarında Xəzər dənizinin Astara rayonu ərazisində, dənizin nəzarətsiz hissəsində çimərkən boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri çağırılıb. Onların səyləri ilə N.Nəzərovun cəsədi sudan çıxarılaraq ailəsinə təhvil verilib.

Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1285

Oxşar yazılar