Qardaş qardaşı küçənin ortasında doğradı
18 avqust 2012 11:33 (UTC +04:00)

Qardaş qardaşı küçənin ortasında doğradı

0
Azərbaycanın Gədəbəy rayonunda dəhşətli qətl hadisəsi törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə baş verib. Rayon sakini, 47 yaşlı Rəhim Rəhimov ailə münaqişəsi zəminində qardaşı, 41 yaşlı Şəfaət Rəhimovu küçənin ortasında bıçaqlayıb. Çoxsaylı bıçaq xəsarətləri alan Ş. Rəhimov yerindəcə keçinib.

Hadisəni törədən R. Rəhimov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5231

Oxşar yazılar