Bakıda ruhi xəstə aranı qarışdırdı
21 avqust 2012 11:34 (UTC +04:00)

Bakıda ruhi xəstə aranı qarışdırdı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon 1 nəfər mənzilin eyvana çıxıb səs-küy salaraq qonşuları narahat etməsi ilə bağlı müraciət daxil olub. Dərhal FHN-in xilasedicilər əraziyə cəlb olunub. Doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanında olan və mənzil qapısını açmaqdan imtina edən 1970-ci il təvəllüdlü Fərid Faiq oğlu Süleymanova psixoloji təsir göstərərək qapını açmasına nail olunub.

Adı çəkilən şəxs hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2014

Oxşar yazılar