Yeyib-içib dalaşdılar: 2 gəncin qanı töküldü
0
0
Bu gün Kürdəmir rayonunda 2 nəfər bıçaqlanıb. Rayon Polis şöbəsindən Lent.az-a verilən məlumata görə, Sor-Sor kəndi ərazisindən, kənd sakinləri 1981-ci il təvəllüdlü Şirəliyev Vüsal Novruz oğlu və 1979-cu ildə anadan olmuş Məmmədov Fəqani Məmməd oğlu bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib. Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini 1990-cı il təvəllüdlü Məmmədov Amil Əlvan oğlu tutulub.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisə baş verən kəndin ərazisində yerləşən kafedə yeyib-içən 33 yaşlı F.Məmmədov və 22 yaşlı A.Məmmədov arasında narazılıq düşüb. Narazılıq davaya çevrilib və gənclər söyüşüblər. Daha sonra isə onlar kafedən çıxıblar və mübahisəni küçədə davam etdiriblər. Bu zaman küçədən maşını ilə keçən V.Şirəliyev dalaşanları ayırmağa cəhd göstərib. Lakin onun cəhdləri boşa çıxıb. A.Məmmədov həm V.Şirəliyevi, həm də F.Məmmədovu bıçaqlayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Nizam RZA