Bakıda yaşayış binasında partlayıcı aşkarlandı
29 avqust 2012 11:38 (UTC +04:00)

Bakıda yaşayış binasında partlayıcı aşkarlandı

0
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu , Azadlıq prospekti 144 ünvanında partlayıcı qurğu aşkarlanması barədə məlumat daxil olub. Dərhal FHN-in mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman bir ədəd istifadəyə yararsız “F-1” markalı əl qumbarası aşkar edib və aidiyyəti üzrə təhvil verilib. Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb.



Nərimanov rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, qumbara 5 mərtəbəli yaşayış binasında aşkarlanıb. Fakt üzrə araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2275

Oxşar yazılar