Avtomobil çaya düşdü: 1 ölü, 4 yaralı
30 avqust 2012 10:07 (UTC +04:00)

Avtomobil çaya düşdü: 1 ölü, 4 yaralı

0
Lent.az-n Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Xızı rayonunun Giləzi kəndi ərazisində vətəndaşa məxsus “Opel” markalı minik avtomobili idarəetməni itirərək Giləzi çayına düşüb.





Hadisə yerinə cəlb olunmuş FHN-in xilasediciləri ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Hadisə şahidlərinin bildirdiklərinə əsasən, sürücü Hacıyev Sahib Hüseyn oğlu qəza yerində ölüb, avtomobildə olan 4 sərnişin isə xəsarət alıb.



Sürücünün meyiti və yaralılar hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2188

Oxşar yazılar