Bakıda binanın fasadını rəngləyən usta faciəvi şəkildə öldü
04 sentyabr 2012 11:41 (UTC +04:00)

Bakıda binanın fasadını rəngləyən usta faciəvi şəkildə öldü

0
Bakı şəhərinin Nizami rayonu ərazisində bədbəxt hadisə baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospekti 84 ünvanındakı çoxmərtəbəli binada fasadı rəngləyən usta, 1966-cı il təvəllüdlü Nuriyev Tərlan Davudxan oğlu hündürlükdən yıxılıb. 46 yaşlı kişi aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Fakt üzrə araşdırmalar başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1327

Oxşar yazılar