QİÇS-ə yoluxan məhkum həbsxanada öldü
08 sentyabr 2012 12:37 (UTC +04:00)

QİÇS-ə yoluxan məhkum həbsxanada öldü

0
Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan bildirilib. Hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Orada cəza çəkən, 1975-ci il təvəllüdlü Müşfiq Novruz oğlu Adıgözəlov xəstəlikdən dünyasını dəyişib. Onun ölümünün səbəblərini dəqiqləşdirmək üçün ekspertiza təyin olunub.

APA-ın əldə etdiyi məlumata görə, məhkum immun çatışmazlığı sindromu (QİÇS - SPİD) xəstəliyindən əziyyət çəkirmiş. Onun ölümünə də bu xəstəlik səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1558

Oxşar yazılar