Bakıda toyda həkimlər zəhərləndi
11 sentyabr 2012 12:41 (UTC +04:00)

Bakıda toyda həkimlər zəhərləndi

0
Sentyabrın 8-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən “Pluton” şadlıq sarayında qidadan zəhərlənmə hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, toy mərasimində iştirak edən M.Əfəndiyev adına 4 saylı şəhər klinik xəstəxanasının 4 həkimi qidadan zəhərlənib. Onlar dərhal Füzuli küçəsində yerləşən həmin xəstəxanaya gətiriliblər və buraya yerləşdiriliblər.

Xəstəxananın LOR şöbəsindən Lent.az-a bildirilib ki, zəhərlənmiş əməkdaşların vəziyyəti yaxşıdır.

Qeyd edək ki, zəhərlənərək xəstəxanaya yerləşdirilənlər arasında gəlinin də olduğu bildirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2970

Oxşar yazılar