Üç maşın toqquşdu: 3 ölü, 6 yaralı-YENİLƏNİB
Cəlilabad rayonu ərazisində ölümlə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə sentyabrın 19-da saat 22 radələrində Ələt-Astara magistralının 138-ci kilometrliyində - rayonun broyler-quşçuluq fabrikinin yaxınlığında qeydə alınıb.
Qəza sürücülərinin şəxsiyyətləri hələlik məlum olmayan “Mercedes”, “VAZ-21012” və “VAZ-2104” markalı avtomobillərin zəncirvarı toqquşması nəticəsində baş verib. Bu maşınlardakı sürücü və sərnişinlərdən 2 nəfər hadisə yerində ölüb, 7 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Cəlilabad Rayon Müalicə Diaqnostika Mərkəzinə, Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına və Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdiriliblər. Yaralılardan biri isə xəstəxanada dünyasını dəyişib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.
Ölən və yaralananların şəxsiyyəti dəqiqləşdirilir.

Oxşar yazılar

Gəncədə QƏZA: xəsarət alanlar var
2 avqust 2025 , 23:44
Biləsuvarda "Mercedes"in vurduğu piyada öldü
2 avqust 2025 , 21:22
Astarada tur rəhbəri dağda yıxılıb öldü
2 avqust 2025 , 21:16
Evə eyvandan girib boşanmaq istəyən arvadını öldürdü
2 avqust 2025 , 19:33
Jurnalistə qarşı dələduzluqla bağlı məhkəmədən QƏRAR
2 avqust 2025 , 18:49
Kür çayında yeniyetmə boğuldu
2 avqust 2025 , 18:42
Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılıb öldü
2 avqust 2025 , 17:14