Mövqelərimiz atəşə tutulub
24 sentyabr 2012 09:28 (UTC +04:00)

Mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə; Noyemberyan rayonunun Voskevan kəndində; Agdam rayonunun işğal olunmuş Şıxlar; Xocavənd rayonunun Kuropatkino; Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında; Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.
# 470

Oxşar yazılar